Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Avtomobil qaçıranlar Salyanda tutuldu
23.06.2021 18:15
Bölmə:Kriminal 105 dəfə oxunub

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov şəhər ərazisindən VAZ-21015 markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması müəyyənləşdirilib. Nəqliyyat vasitəsi Dövlət Yol Polisi postunda süni tıxac yaradılmaqla saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov, Xocavənd rayon sakini T.Haqverdiyev Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Avtomobilə baxış zamanı “Vinçester” markalı silah və bir baş qoyun aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

reklam