Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Füzuli rayonunda idman tədbiri- Fotolar
30.06.2021 12:36
Bölmə:İdman 170 dəfə oxunub

Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın bölgəsində yerləşən Qazaxlar kəndində məktəblilər üçün idman tədbiri keçirilib. Yarışda qonşu kəndlərdən - Əhmədalılar və Mirzənağılı kəndlərindən ümumilikdə 50 məktəbli uşaq iştirak edib. Yarışda iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə edilib.

Versiya.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov verib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra bu layihə üzrə ilk tədbir Füzuli rayonunda reallaşdı".

Qeyd edək ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 84 saylı Füzuli Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat Vüqar Bayramov, Milli Məclisin deputatı Sabir Hacıyev də iştirak edib.

Tədbir AFFA-nın, Yelo Bank-ın və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində təşkil edilib.

 

Bir Vüqar Bayramov dahil 5 kişi, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

 

Bir 1 nəfər, spor yapıyor, ayakta və ot şəkili ola bilər
Bir Vüqar Bayramov dahil 9 kişi, amerikan futbolu oynayan insanlar, ayaqüstə duran insanlar, top və açıq hava şəkili ola bilər
Bir uşaq, ayaqda, ot və bunu deyən yazı
Bir 1 nəfər, ayakta və ot şəkili ola bilər
 

 

reklam