Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Qiymət artımı əhalinin durumuna necə təsir edəcək? - ŞƏRH
30.06.2021 18:35
Bölmə:İqtisadiyyat 121 dəfə oxunub

“Azərbaycan hökuməti əhaliyə satılan təbii qazın qiymətini artırdı. Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldıldı. Yəni əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəbikdən, 1200-2200 m3 arası 20 qəpikdən, 2200 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək”.

Versiya.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“2020-ci ilin məlumatlarına əsasən, əhalinin 21 faizi hətta 2200 m3 limiti belə keçib. Yəni əhalinin ən azı 65-70 faizi yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50 faiz üçün qiymət artacaq, 50 faiz isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək. Əvvəla, əhalinin lap 50 faizi üçün də qiymət artımı olsa belə, bu, indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətini yüksəltmək üçün vəsaiti qalmır, qazancını ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir. Bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55 faizini ərzağa, 25 faizə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80 faiz edir. Dünyada qazancının 25 faizdən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80 faizi bizdə kasıbdır!”,-deyə ekspert bildirib.

İqtisadçının sözlərinə görə, elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb. Bu isə o deməkdir ki, növbəti addım elektrik enerjisi qiymətinin artırılması olacaq:

“Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb, bu, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək.

Hökumət gözdən pərdə asmaq üçün  “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib, əhalinin 90 faizə yaxını mərkəzləşdirilmiş istilik sitemindən mərhumdur, məhz ona görə də bu addımı gözdən pərdə asmaq kimi dəyərləndirmək lazımdır.

İlin əvvəlindən başlayan dizel, bensiz, içməli  su, indi isə təbii qaz, bir müddət sonra elektrik enerjisi və ictimai nəqliyyatda qiymət artımı ölkədə sosial gərginliyi artıracaq əsas amildir. Ərzaq inflyasiyasının real hesablamalarda ikirəqəmli həddə çatması da bu gərginliyi daha da artıran amildir. Nə istəyir hökumət?! Nədən insanların canını boğazına yığmağa çalışır?! Nədən oturduğu bütün budaqları kəsməyə çalışır?!”.

reklam