Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanla bağlı MESAJLARI - Rəsmi Bakı hədəfləri böyüdür
14.07.2021 17:38
Bölmə:Siyasət 119 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvana qayıdacağımızla bağlı dediklərində 10 noyabr bəyanatına istinad etməsi diqqət çəkir:

“Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

Versiya.az-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı deyir ki, Azərbaycan Prezidenti zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edib, lakin ilk dəfədir ki, bunu konkret sənədə istinadən vurğulayır.

Və bu o deməkdir ki:

- Rəsmi Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir və istisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub;

- Rəsmi Bakı azərbaycanlıların öz tarixi torpaqlarına – Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır.

Ekspert Azərbaycan Prezidentinin bugünkü çıxışından aşağıdakı sitatı da xatırladıb:

“Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq... Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.


“İlham Əliyev sülhməramlıların nəzarətində olan ərazilər - Xankəndi, Xocalı və Xocavənd – haqda yekun qərarı da açıqlayır: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”", siyasi şərhçi bildirib.


A.Nərimanlı deyir ki, rəsmi Bakı hədəflərini böyüdür:


“Qarabağ məsələsi bitdi, hədəf tarixi torpaqlara qayıdışdır – İrəvana, Zəngəzura, Göyçəyə... Bu, həm də Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərdən biri hesab oluna bilər”.

reklam