Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Alı Alıyev 15 yaşlı qızı xilas edən gənclə görüşdü - Foto
Qudasını vuran şəhid atası saxlanıldı
Payızda vəziyyət yenidən gərginləşə bilər
30.08.2021 12:22
Bölmə:Müsahibə 144 dəfə oxunub

“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Yenisabah.az-a müsahibəsi:

- Bildiyiniz kimi, Gorus-Qafan yolu açıldı. Sizcə, Azərbaycan bu yolu niyə bağlamışdı, niyə açdı? Belə bir addım atmaqla kimlərə hansı mesajı vermək istəyirdik?

- Gorus-Qafan yolu Ermənistan tərəfinin apardığı qeyri-konstruktiv davranış nəticəsində bağlanmışdı, o istiqamətdə hərbçimizlə insident yaşamışdılar. Digər tərəfdən biz bilirik ki, Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Tovuz istiqamətlərində, eyni zamanda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə erməni təxribatları, provokasiyası davam edir və bunların fonunda biz Gorus-Qafan yolunu bağlamaqla həm Ermənistana, həm də Rusiyaya öz prinsipial mövqeyimizi göstərmiş olduq. Bu yolun bir hissəsi Azərbaycandan keçdiyinə görə bizim Ermənistana olan humanist jestimizi erməni və rus tərəfi baş düşməlidir.

- Yolu bağlamaqla nəyə nail olduq?

-Həmin yol mühüm əhəmiyyətə malikdir, çünki İranla İrəvanı birləşdirən yeganə avtomagistraldır. Yolun açılması o müqabildə baş verdi ki, Ermənistan hökuməti bu istiqamətdə artıq sərhədlərin müəyyənləşdirilməsi, bu yolun Azərbaycanın ərazisində olması, eyni zamanda oradakı iki kəndin Azərbaycan kəndi olması ilə de-fakto razılaşdı. Təsadüfi deyil ki, orada Azərbaycan Ordusunun postları qurulub və yol tamamilə sərhədçilərimizin nəzarəti altındadır. Söhbət təbii ki, yolun bir hissəsindən - 21 kilometrliyindən gedir.

- Analoji hadisələrin, yəni təxribatların təkrarlanacağı təqdirdə Azərbaycan yenə yolu bağlaya bilərmi?

- Ümumi götürdükdə bundan sonra üçtərəfli bəyanatın bəndləri yerinə yetirilməzsə, bu o deməkdir ki, gələcəkdə baş verən təxribatlar Ermənistanın havadarlarının ayağına yazılacaq. Payızda da vəziyyət gərginləşə bilər və bu fonda hər kəs bilməlidir ki, əgər kimlərsə "qırmızı xətt"i keçərlərsə, onlar adekvat cavablarını mütləq şəkildə alacaqlar.

 

Payızda vəziyyət yenidən gərginləşə bilər  - “Kimsə “qırmızı xətt“i keçsə...“
reklam