“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
40 ölkədə yayılan “Mu” ştammı: - Əlamətləri nələrdir?
08.09.2021 12:06
Bölmə:Sosial 180 dəfə oxunub

Koronavirusun “Mu” variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb.

Bəs “Mu” ştamı nədir? Əlamətləri hansılardır?

Versiya.az həmin araşdırmanı təqdim edir:

Vaksinin təsirini azaldırmı?

“Hürriyet”in xəbərinə görə, “Mu” ştamının ən önəmli özəlliyi vaksinin təsirini daha da azaltmasıdır. Amma önəmli olan güclü, sürətlə yayılan bir mutasiya olması və “Delta” variantının yerinə keçə bilib-bilməməsidir. ÜST bütün mutasiyaları araşdırır. Hazırki məlumatlara görə, “Mu” variantı da daxil olmaqla bütün ştamların “Delta”nın yerini ala biləcək qədər güclü deyil.

Əlamətləri nələrdir?

“Mu” variantının əlamətləri digərilərində olduğu kimi temperatur, öskürək, iy və dadbilmədə dəyişikliklərin olmasıdır.

Digərilərindən fərqi varmı?

Digər variantlardan fərqli bir əlaməti indiyə qədər rastlanılmamışdır. Bu ştamdan qorunma digərilərdə olduğu kimidir. Ən əsas şərt maska, məsafə və gigiyenik qaydalara riayət etməkdir.

Daha öldürücüdür?

“Mu” ştamının daha öldürücü olub-olmaması ilə bağlı hazırda bir sübut yoxdur.

40 ölkədə aşkarlanıb

“Mu” variantı ilk olaraq 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkarlanıb. ÜST-ün məlumatına görə, bu ölkədəki yoluxmaların 40 faizini təşkil edir. Qeyd edilir ki, yeni ştam artıq 40 ölkəyə yayılıb.

Bəzi Avropa ölkələri ilə yanaşı ABŞ və Honkonqda da rastlanılıb. (medicina.az)

reklam