Bu günə yoluxanların sayı açıqlandı
Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
"Erməni ailələri azərbaycanlılara tərəf qaçır"- Akopyan
08.09.2021 16:44
Bölmə:Gündəm 76 dəfə oxunub

Ermənilər Xankəndidə insan kimi, normal yaşaya bilmirlərsə, nədən söhbət gedə bilər? Oradakı insanların yaşamaq üçün normal şəraiti yoxdur. Bizdə hazırda demək olar ki, bir Xankəndi əlimizdə qalıb, lakin biz orada da infrastrukturu normal qaydaya sala bilmirik. İndi aydındır ki, nə üçün bütün Qarabağ belə dəhşətli vəziyyətdə idi.

Versiya.az xəbər verir ki, bu sözləri erməni deputat Metaks Akopyan "İcmal" verilişinin efirində səsləndirib.

Ermənistandan “artsax”a daxıl olan pulların kiçik bir qismi bəzi binaların xarici görünüşünün bərpasına sərf olunur. Bu “görülən” işlər yalnız görüntü effekti yaratmaq üçün edilib. Heç bir problem həll olunmayıbdır. Ən əsas sosial problemlərdən biri isə işsizliyin yüksək səviyyəsidir. Orada insanlar ümidsizdir. Bizdə olan məlumata əsasən, hazırda Xankəndidə yaşayan Şuşa sakini öz uşaqları ilə oraya qayıtmaq istəyir. Onlar normal yaşamaq üçün Azərbaycanın nəzarəti altında olan şəhərə getmək istəyirlər. Bu cür ümidsiz insanlar getdikcə daha çox olacaq”, - deyə o qeyd edib.(axar.az)

reklam