Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Alı Alıyev 15 yaşlı qızı xilas edən gənclə görüşdü - Foto
Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub - STTM
10.09.2021 10:16
Bölmə:Xəbər 79 dəfə oxunub

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edib.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“Qafqazda Fırtına” adlanan analitik məcmuə mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çıxıb.

Məcmuədə diqqət çəkən məqamlardan biri - müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopterin bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif yazır ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənistanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopter ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov bunun bir çoxlarının xoşuna gəlməməsinə baxmayaraq, göstərilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu qeyd edir.

reklam