“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
“Ramin Bayramlının sağ əli quldur məmurların başına” - Seyran Səxavət
13.09.2021 15:26
Bölmə:Ədəbiyyat 188 dəfə oxunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

TƏBİB sədrinin bu addımı ictimaiyyət tərəfindən xeyli müzakirə edildi. Demək olar ki, hamı Ramin bəyin istefasını yumorla qarşıladı. Təəccüblü deyil. Çünki bir məmurun özünün istefa ərizəsini yazaraq getməsi Azərbaycanda nadir rastlanan haldır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət R.Bayramlının bu addımının böyük cəsarət tələb etdiyini deyib.

Yazıçının sözlərinə görə, vəzifədən istefa vermək bir mədəniyyətdir:

“Bizdə istefa məsələsinə gələndə ancaq idman sahəsində irəliləyiş görürük. Nə vaxt baxsaq görürük ki, hansısa futbol komandasının baş məşqçisi istefa verib. Bunun bir neçə dəfə şahidi olmuşuq, amma hanısa məmurun, yaxud nazirin öz istəyi ilə vəzifədən getdiyini görməmişik. Onların heç biri öz xoşu ilə vəzifədən getməyiblər. Hamı bilir ki, Azərbaycanda yerində olmayan, xalqa yuxarıdan aşağı baxan, halallığı sevməyən bir çox məmur var. Arzu edirəm ki, TƏBİB sədrinin sağ əli o biri məmurların başına olsun. Heç bilmirəm, Ramin Bayramlı öz xoşu ilə ərizəsini yazıb gedib, yoxsa deyiblər ki, “Ay bala, get istefa ərizəni yaz”. Bunu bilmək olmaz. Əgər özü, kimsə ona deməmiş vəzifəsindən istefa veribsə, ona halal olsun! Əgər belədirsə, o, müstəqillik dövrünün ən böyük məmurlarından hesab olunmalıdır. Əgər Ramin Bayramlını kimsə istefaya məcbur edibsə, deməli, heç nə dəyişməyib, köhnə hamam, köhnə tasdır... Sağ əli ölkəmizdəki rüşvətxor, korrupsioner, quldur məmur dəstəsinin başına olsun”.

Qeyd edək ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. 

reklam