“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Yaqub Zurufçu harada dəfn olunacaq?
14.09.2021 21:09
Bölmə:Mədəniyyət 117 dəfə oxunub

Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək.

Versiya.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Y.Zurufçu bu gün koronavirusdan dünyasını dəyişib. 

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

reklam