Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Qanlıgölün ətrafında 3 insanın skeleti aşkarlanıb- Rəsmi
15.09.2021 23:13
Bölmə:Kriminal 98 dəfə oxunub

Qanlıgölün qərb hissəsində, köməkçi yolun kənarında yerləşən təpəliyin qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqları və insan skeletinin digər hissələri aşkar olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə bu barədə hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Kənan Zeynalov əlavə bildirib ki, "İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib".
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

reklam