Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
İşdən çıxarılan icra başçısına PA-da vəzifə verildi
05.10.2021 17:03
Bölmə:Xəbər 147 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Versiya.az Musavat.com-a istinadən xəbər verir ki, işdən çıxarılan İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə şöbəyə müdir müavini təyin edilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri, Prezidentinin köməkçisi Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

reklam