Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Putin və Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
11.10.2021 14:35
Bölmə:Xəbər 37 dəfə oxunub
style="text-align: justify;">"Sabah Moskvada Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında keçiriləcək görüş zamanı Qarabağ məsələsi ilə bağlı əldə edilmiş üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq".
 
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
 
Bildirilir ki, oktyabrın 12-də Rusiyaya işgüzar səfərə gələcək Baş nazir Nikol Paşinyan Moskvada Prezident Vladimir Putinlə görüşəcək: "Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsini, regionda sabitliyin gücləndirilməsi, iqtisadi əlaqələrin bərpası və inkişaf məsələlərini müzakirə edəcəklər. Həmçinin müttəfiqlik münasibətlərinin gündəliyi, inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq”.
reklam