“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Prezident Erol Özvarı qəbul etdi - Foto
Rafael İsgəndərovun qızı hicaba keçdi - Fotolar
20.10.2021 11:47
Bölmə:Şou 226 dəfə oxunub

Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova hicaba keçib.

Versiya.az xəbər verir ki, aktyorun qızı bu barədə sosial şəbəkə hesabında məlumat verib.

O, uzun müddətdir ki, bunu qərara aldığını bildirib:

“Neçə vaxtdır özümlə bağlı dəyişiklik edəcəyəm dediyim o dəyişiklik bu idi. Şükür Allahın məsləhətinə! Əslində, neçə vaxtdır hicaba keçmək haqqında düşünürdüm. Amma bilirsiniz də o lənətəgəlmiş ki, var, o adamı hərdən düz yoldan çəkindirir.  Əsas odur ki, bu yolda mən ona qalib gəldim. Allah hamını düz yolda saxlasın, heç kəsə yolundan azmağa icazə verməsin”.

Gülarə sosial şəbəkə hesabında əvvəllər paylaşdığı hicabsız şəkillərinin hamısını silib. 

Qeyd edək ki, R.İsgəndərovun iki övladı var. Gülarə 2016-cı ildə ailə qurub, onun bir qızı var. Eyni zamanda, o, yazıçı kimi də fəaliyyət göstərir. (Yenisabah)

 

Rafael İsgəndərovun qızı hicaba keçdi - “O, adamı hərdən düz yoldan çəkindirir“
Rafael İsgəndərovun qızı hicaba keçdi - “O, adamı hərdən düz yoldan çəkindirir“
Rafael İsgəndərovun qızı hicaba keçdi - “O, adamı hərdən düz yoldan çəkindirir“
reklam