Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
İranlı sürücülər azad olundu - Rəsmi
21.10.2021 09:54
Bölmə:Xəbər 102 dəfə oxunub

Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Versiya.az daxil olan xəbərə görə, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

reklam