Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Anama deyin ki...- Elşad Barat
17.11.2021 11:17
Bölmə:Poeziya 106 dəfə oxunub

Versiya.az tanınmış şair Elşad Baratın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını Vətən yolunda fəda etmiş şədidlərimizə həsr etdiyi şeirini oxuculara təqdim edir:

 

Anama deyin ki, yoluma çıxsın,

Sevinsin, mən şəhid olub gəlirəm,

Tabutum önündə qolunu açsın,

Oynasın, Şuşanı alıb gəlirəm.

 

Gəlirəm sevincək, ürəyi dolu,

Anama deyin ki, dönürəm geri,

Uzunmuş savaşın qayıdış yolu,

Qələbə tabutum, yerihayeri.

 

Anama deyin ki, bitib intizar,

Vətənə borcumdu döyüş, vermişəm,

Evə tələsirəm, bir az işim var,

Sevdiyim qıza da görüş vermişəm.

 

Anama deyin ki, narahat olma,

Bütün ağrıları özüm çəkəcəm,

İşləyib verəcəm borclarımızı,

Gəlib özümüzə ev də tikəcəm.

 

Anama deyin ki, darıxmasın heç,

Həsrətin ayları, illəri boyda,

Sinəmin üstündə güllə yarası,

Atamın qabarlı əlləri boyda.

 

Anama deyin ki, müharibəmiz,

Bizim qələbəylə yetişdi sona,

Anama deyin ki, bu mən deyiləm,

Vətən göndərirəm bir tabut ona.

 

reklam