Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
“Deputatların arasında da səviyyəsiz danışanlar var” - Fazil Mustafa
19.11.2021 12:34
Bölmə:Siyasət 55 dəfə oxunub

Cəmiyyətdə deputatlara qarşı agresiv münasibət aşkar olaraq sezilir. Demək olar ki, parlamentarilərin hər çıxışı, hər təklifi süngü ilə qarşılanır. Son günlər millət vəkilləri Tahir Kərimli və Razi Nurillayevin timsalında bu bir daha müşahidə olunub. Buna səbəb nədir? Cəmiyyət deputatlara qarşı niyə xüsusi aqresiyya bəsləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, cəmiyyətin təkcə deputatlara qarşı deyil, özünə qarşı da açıq aqresiyyası var:

“Cəmiyyət iki yerə bölünür: tərbiyəli, düşünən və problemləri anlayan insanlar, bir də tərbiyəsizlər. Təbii ki, tərbiyəli, ağlı başında olan adamın rəyini əsas götürməliyik. Tərbiyəsiz bir söz deyirsə, bu, meyar deyil. Deputatların arasında da səviyyəli, səviyyəsiz danışanlar var. Yəni onlara eyni etalonla baxılmır. Ona görə də, bizi yalnız cəmiyyətin sağlam düşüncəli insanları bizi maraqlandırır. 

Cəmiyyətdə müharibənin yaratdığı stress və başqa problemlər də insanlara təsir edə bilər. Ancaq bütövlükdə, bu, deputatlara qarşı nifrət üçün əsas yaratmır. Kifayət qədər sözünü deyən, insanların faydasına mövqe bildirən və onun üçün çalışan məmurlar, deputatlar da var. Məsələyə fərdi kontekstdən yanaşılmalıdır.

Bundan əlavə, cəmiyyətdə elə insanlar da var ki, ümumiyyətlə, dövlətimizi sevmirlər, başqa ölkələrin maraqlarına xidmət edirlər, xarici ölkənin kəşiyyat orqanlarını təmsil edirlər. Onlar üçün hər şey pisdir, qaramatdır”.

F.Musatafa qeyd edib ki, hər kəsə fərdi yanaşılmalıdır:

“Sadəcə cəmiyyətimizin bir boşluğu da üzə çıxır. Ölkədə fikir plüralizmi yoxdur. Bu aqressiya tarixi kökümüzlə də bağlıdır. Bütövlükdə, diskussiya yoxdur, dialoq yoxdur. Dialoq olmadığına görə ancaq güclü tərəfin fikri qəbul edilir.

Məsələn, birinə deyirsən, siqaret insan sağlamığına ziyandır, deyir, sənə nə, özüm bilərəm. Sən bunu onun xeyrinə demisən, o da səndən narazıdır, indi neyləyək? Deyək ki, siqaret çəkmək yaxşı şeydir, çək?!”

reklam