Koronavirusdan rekord sağalma
“Kökə”ni və “zopa”nı unutmamaq...
İlham Əliyev Zelenskiyə zəng etdi
İranda COVID-lə bağlı son statistika açıqlandı
Axtarışda olan 57 nəfər saxlanıldı
02.12.2021 10:59
Bölmə:Kriminal 66 dəfə oxunub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən Versiya.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

reklam