Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
Prezident Erol Özvarı qəbul etdi - Foto
02.12.2021 11:01
Bölmə:Siyasət 68 dəfə oxunub

Dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

Versiya.az xəbər verir ki, Erol Özvar Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.

 


 

reklam