Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
Qazaxıstana 100 milyon dollardan çox ziyan dəyib- Vüqar Bayramov
07.01.2022 11:40
Bölmə:Gündəm 110 dəfə oxunub

Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub.

Versiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar bayramov bildirib.

Onun sözlərinə görə, zərərin miqyası genişlənməkdədir.

“Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir”.

Deputat qeyd edib ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir.

“Belə ki, adambaşına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk “əllilik”də olmaqla MDB-də ikincidir.

Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq, bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb.

Bütün bunlar fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.

reklam