Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
Qohumlar arasında dava ölümlə bitdi
10.01.2022 10:51
Bölmə:Kriminal 121 dəfə oxunub

Yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xaçmaz rayon Prokurorluğundan Versiya.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə  zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.


Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

reklam