Məşhur aktrisa Fatma Girik vəfat etdi
Cəbrayıl polisi əməliyyat keçirdi:- Bir nəfər saxlanıldı
Metroda soyğunçuluq: - Qadının telefonunu əlindən aldılar
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Şəhid anasının iddiasına Füzuli rayon İcra Hakimiyyətindən münasibət
13.01.2022 10:46
Bölmə:Sosial 313 dəfə oxunub

Füzuli rayonundan olan Vətən müharibəsi şəhidi İlham Abbasovun anası Qönçə Abbasovanın sosial şəbəkələrdə səs yazısı yayılıb.

Həmin səs yazısında sosial problemlərinin olduğunu deyən ana işə düzəlmək üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, oğlunun icra başçısı Alı Alıyev tərəfindən təhqir edildiyini iddia edib.

Yayılmış səs yazısı ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən isə Versiya.az-a bildirilib ki, yayılan səs yazısındakı ifadələr həqiqətə uyğun deyil: “Səs yazısında səsləndirdiyi “İcra başçısı şəhidin qardaşına təpik atdı, şəhid anasını təhqir elədi” kimi ifadələr tamamilə həqiqətə uyğun deyi. Füzuli RİH başçısı məzuniyyətdə olduğundan rayonda yoxdur. Şəhidin ailə üzüvlərini RİH başçısının müavinləri Vüqar Teymurov və Gülbahar Eyvazova qəbul edib. Şəhid anası Abbasova Qönçə Şiraslan qızı Füzuli rayonu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır. Hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Şəhid ailəsi kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb və müvafiq sənədlər aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. 11 000 manat birdəfəlik sığorta ödənişi, 3000 manat dəfn xərci, Heydər Əliyev Fondu tərəfindən 10 000 manat, “YAŞAT” Fondu tərəfindən isə 5842 manat maddi yardım olunub. Füzuli rayon “Qayıdış” 3 nömrəli tam orta məktəbdə sinfə Şəhid Abbasov İlham Əli oğlunun  adı verilib”. 

İcra Hakimiyyətindən həmçinin bildirilib ki, şəhidin qardaşına iş təklif olunsa da, imtina edib: “Şəhidin qardaşı Abbasov Xaliq Əli oğlunun heç bir ali və orta ixtisas təhsili yoxdur. Ona 15.12.2020-ci ildə 17 Saylı Ərazi Məşğulluq mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş iribuynuzlu heyvan və 400 kq yem verilib. Əlavə olaraq, DOST iş mərkəzində işlə təmin olunmaq üçün sənədləri göndərilib, lakin özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanla təmin olunduğu üçün imtina gəlib. Füzuli Aqroparkda və Qaçqınların və Məcburi Köçkünlərin Mənzil İstismar Departamentinin Füzuli rayon şöbəsində iş təklif olunub, lakin imtina edib. Hər bir bölgədə olduğu kimi Füzuli rayonunda da şəhid ailələri, qazilər və müharibə iştirakiçıları daim diqqət məkəzindədir. Rayon rəhbərliyi tərəfindən və onun tapşırıqlarına əsasən onlar mütamadi olaraq ziyarət edilir, problemləri dinlənilir və  həlli istiqamətində müvafiq işlər görülür”.

 

 

 

reklam