Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Ermənilər Azərbaycan polisini və əsgərini Xankəndidə gözləyir...
22.04.2022 10:35
Bölmə:Gündəm 1270 dəfə oxunub

Ermənistan iqtidarında “ölkənin sülhdən başqa yolu və xilası yoxdur” düşüncəsi hakim kəsildikcə, sülh sazişinə doğru addımladıqca, erməni xalqında pessimist ovqat da artır. Erməni cəmiyyəti rəsmi Bakının Qarabağda vəziyyəti tam nəzarətə alacağı əndişəsi altındadır.

Bu səbəbdən baş nazir Nikol Paşinyana təzyiqləri artırıblar. Qarabağda 44 günlük müharibə zamanı həlak olan 19 erməni hərbçinin valideynləri Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbi ilə Ermənistan Baş Prokurorluğuna müraciət edib.

“Baş nazirin açıqlamaları 2020-ci ildə Qarabağda hərbi əməliyyatların onun əli ilə başladığını düşünməyə əsas verir. Görünən odur ki, Paşinyan əvvəlcədən ehtimal edərək və nəticələrini bilərək bu addımı atıb. Bundan başqa, onun hərəkətsizliyi, öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etdi. Hərbçilərin valideynləri təzyiq göstərəcək ki, iş açılsın və baş nazir məsuliyyətə cəlb olunsun”.

Siyasi şərhçi Razmik Akopcanyanın qeydləri də erməni cəmiyyətinin ovqatını əks etdirir. Onun yazdıqlarına diqqət edək: 

“Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi proseslər, Avropanın qaz asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividentlər yığdı. ”Moskva" kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndində öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq".

Musavat.com

reklam