Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Tanınmış şair və sahibkar dövlət qurumlarını su probleminə biganəlikdə ittiham etdi
06.05.2022 11:41
Bölmə:Gündəm 554 dəfə oxunub

“Deməli, mən 20 ildən artıqdır heyvandarlıqla məşğulam. Dövlətdən icarəyə 40 hektar torpaq götürmüşəm. Hazırda təsərrüfatımda 300 baş qoyun-keçi var. Otlaq ərazim 4 tərəfdən digər sahibkar torpaqları ilə əhatə oıunub. Su mənbələrinə çıxışım yoxdur”.

Versiya.az xəbər verir ki, bunu Füzuli rayon sakini, tanınmış şair Mirmehdi Rəsul özünün sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, hər gün əraziyə su alıb gətirir: “Suyu günlük 50 manat xərclə traktorla gətirdirəm. Dəfələrlə rayon icra hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişəm ki, mənim təsərrüfatıma artezian quyusunun vurulmasına köməklik etsinlər, ancaq heç bir faydası olmayıb”.

Mirmehdi Rəsul qeyd edib ki, bu təsərrüfat ailə təsərrüfatıdır və buradan bir neçə ailə dolanır: “Burada mənim ailəmdən başqa daha iki ailə evinə çörək aparır. Buradan Baş nazir Ə.Əsədova, İqtisadiyyat naziri M.Cabbarova, Kənd Təsərrüfatı naziri İ.Kərimova, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Z.Mikayılova xahiş edirəm ki, mənə köməklik etsinlər”.

 

reklam