Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
10.05.2022 10:45
Bölmə:Xəbər 276 dəfə oxunub

Mayın 10-da - Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

Versiya.az xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Dövlət Himni səslənib.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

reklam