Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Əhali daha çox bu xəstəliklərdən əziyyət çəkir - SİYAHI
18.05.2022 11:03
Bölmə:Sosial 153 dəfə oxunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin aprel ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb. 

Agentlikdən Modern.az-a verilən məlumata görə, bu ilin aprel ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs 644 555 dəfə müraciət edib. 

Bildirilib ki, bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 41 %-ni təşkil edir. 

Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 364 139 olub və bu göstərici də bütün tibbi xidmət sayının 40 %-ni təşkil edir.

Bakıda ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik:

 

- Bakı Baş Səhiyyə Mərkəzi;

- Nərimanov Tibb Mərkəzi;

- Kliniki Tibb Mərkəz;

- Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası;

- Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

- Xəzər Tibb Mərkəzi;

- Binəqədi Tibb Mərkəzi;

- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.

 

Cari ilin aprel ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60 %-ni təşkil edir. 

 

63 şəhər və rayon üzrə tibbi ən çox tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğu aşağıdakı kimidir:


- Sumqayıt Tibb Mərkəzi;

- Gəncə Şəhər Birləşmiş Xəstəxanası;

- Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası;

- Bərdə, Xaçmaz, Yevlax;

- Abşeron rayon mərkəzi xəstəxansı;

- Quba rayon mərkəzi xəstəxansı;

- Balakən rayon mərkəzi xəstəxansı;

- Şəki rayon mərkəzi xəstəxansı.

reklam