Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Ukrayna Rusiya ilə atəşkəs istəmir - Rəsmi açıqlama
19.05.2022 12:42
Bölmə:Dünya 326 dəfə oxunub

Ukraynanın atəşkəs təklif etməsinə ehtiyac yoxdur, çünki bu, Rusiya Federasiyasının qoşunları dövlətimizin ərazisindən tamamilə çıxarılmadan mümkün deyil.


Versiya.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında yazıb.

“Ukrayna cəmiyyəti yeni “Minsk danışıqları”nda və müharibənin bir neçə ildən sonra yenidən qayıtmasında maraqlı deyil”.

Prezident Aparatı rəhbərinin müşavirinin sözlərinə görə, Rusiya Ukrayna torpaqlarını tamamilə azad etməyə hazır olana qədər Kiyev üçün danışıqlar platforması silah, sanksiyalar və puldur.

Mixail Podolyak bildirib ki, real embarqonun tətbiqi, Ukraynaya tank, təyyarə və artilleriya təchizatı Rusiya Federasiyası üzərində qələbəni ən qısa zamanda təmin edə biləcək. (Modern)

reklam