Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
1000-dən çox erməni Laçın şəhərini tərk edib
23.05.2022 12:41
Bölmə:Qarabağ 214 dəfə oxunub

Ermənilər Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolu ilə bağlı narahatdırlar.

Ermənistanı Xankəndi ilə birləşdirəcək yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, yeni yol üç il ərzində hazır olmalıdır.

Modern.az-ın məlumatına görə, bəzi Ermənistan KİV-ləri növbəti dəfə Azərbaycan tərəfinin inşa etdiyi yeni yoldan yazıb.

Yeni avtomobil yolunun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyi halda 30 ildir orada müvəqqəti məskunlaşmış ermənilərin çıxarılması gerçəkləşəcək.

Özünü Xankəndidəki separatçıların yaratdığı qondarma rejimin “ombudsmanı” adlandıran Qeqam Stepanyan bildirib ki, hazırda Laçın şəhərinin mərkəzində 150-yə yaxın erməni məskunlaşıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinə kimi Laçındakı ermənilərin sayı 1500 nəfərə yaxın olub. Son vaxtlar Qarabağdakı vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini anlayan ermənilər müvəqəqti yaşadıqları Laçın şəhərini tərk etmək məcburiyyətində qalıb. Qeqam Stepanyanın sözlərindən belə məlum olur ki, son iki ildə 1300-dən çox erməni Laçından çıxıb gedib.

Elə Xankəndidəki separatçıları narahat edən də budur.
 

“Biz israr edirik ki, Laçındakı ermənilər qalıb orada yaşasın”, - deyən Q.Stepanyan Azərbaycan hakimiyyətinin Şuşa və ətraf bğlgələrdə apardığı intensiv tikinti işlərinin separatçıları ciddi şəkildə narahat etdiyini də vurğulayıb.

Xatırladaq ki, Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu Həkəri çayı üzərindən keçir. Bu tikinti sayəsində Ermənistanın Zəngəzur vilayətindəki Kornidzor kəndindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə gedən yol birləşəcək.

Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək. Yolun bu ilin iyul ayına kimi istifadəyə veriləcəyi gözlənilir. 

reklam