Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Bakıda ağır yol qəzası - Polislər yaralandı
26.05.2022 10:25
Bölmə:Kriminal 342 dəfə oxunub

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. 

Versiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub. Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb. 

Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

reklam