YAZARLAR
Rus əsgəri Füzuli uşaqlarına salam göndərdi, komandanlıq işə qarışdı- Video
09.06.2022 11:59
Bölmə:Xəbər 1237 dəfə oxunub
09.06.2022 11:59
Bölmə:Xəbər 1237 dəfə oxunub
Qarabağdakı sülhməramlıların komandanlığı sosial şəbəkələrdə yayılan videoya reaksiya verib.
Versiya.az “Sputnik”ə istinadla xəbər verir ki, video bir gün əvvəl, iyunun 8-də yayımlanıb.
Videoda Rusiya hərbçisi Azərbaycan əsgərinin təklifi ilə regionun ərazi mənsubiyyəti ilə bağlı ifadələr işlədir.
Qarabağdakı sülhməramlı kontingentinin verdiyi açıqlamada bildirilir ki, video həqiqidir, amma yeni deyil, görüntülər 2021-ci ilin payızına aiddir.
Sülhməramlıların komandanlığı onu da əlavə edib ki, hadisədən sonra hərbi qulluqçuya belə açıqlamaların yolverilməz olduğu izah edilib.
Həmin görüntüləri təqdim edirik:
.png)