Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
Dostlarımız təxribatların qarşısını aldılar - Prezident
30.06.2022 11:46
Bölmə:Siyasət 1149 dəfə oxunub

Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq. 

Versiya.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib.

Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: “Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm”.

reklam