Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
Raket və Artilleriya qoşunlarına “həyəcan” siqnalı verildi - VİDEO
03.08.2022 10:28
Bölmə:Gündəm 212 dəfə oxunub

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

MN-dən Versiya.az-a verilən məlumata görıə, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. 

Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.

 

reklam