03.08.2022 11:09
Bölmə:Sosial 105 dəfə oxunub

Son günlər Bulvar ərazisində, dənizdə olan ev reklamı əhalinin marağına səbəb olub.
Versiya.az xəbər verir ki, adı çəkilən reklamla bağlı sosial mediada insanlar tərəfindən müxtəlif fikirlər səsləndirilib.
Qeyd edək ki, ev konstruksiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” imzalanmış Memorandum çərçivəsində, "Synergy Partnership" şirkətinin icraçı tərəfdaşı olduğu ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin ikinci mərhələsi üçün hazırlanıb. Reklamın məqsədi əmlak sığortasını təbliğ etməkdir.