Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
Laçında şəhid olan Anar 4 ayın əsgəri imiş
03.08.2022 12:57
Bölmə:Xəbər 71 dəfə oxunub

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. 

Versiya.az Oxu.az-a istinadən xəbər verir ki, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. 

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. 

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.  

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda istintaq davam edir.

reklam