YAZARLAR
Ermənistandan itkilərlə bağlı yeni açıqlama
04.08.2022 10:23
Bölmə:Gündəm 208 dəfə oxunub
04.08.2022 10:23
Bölmə:Gündəm 208 dəfə oxunub

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.
Versiya.az xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan bildirib.
"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - Ayryan deyib.
Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.
.png)