Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
“Qarabağ” Çexiyaya getdi
22.08.2022 10:32
Bölmə:İdman 255 dəfə oxunub

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya gedib. 

Versiya.az xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

reklam