Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Ötən ay aşkarlanan minaların sayı açıqlandı
01.09.2022 16:50
Bölmə:Xəbər 211 dəfə oxunub

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. 

ANAMA-dan Versiya.az-a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

reklam