Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
"Bu ərazilərin 30 ayda tam bərpası mümkün deyil" - Vüqar Bayramov
12.09.2022 10:46
Bölmə:Sosial 268 dəfə oxunub

"Şərqi Zəngəzur ilə yanaşı Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez olacağından xəbər verir". 

Versiya.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin 30 ay müddətdə tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.

"Dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir. Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 939 ev, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək, o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək". 

Deputat qeyd edib ki, uzun müddət işğal altına qalan ərazilərimizdə minaların sayının çox olması prosesə təsir edən faktorlardandır:

"Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq".

reklam