Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
"Ermənistan imzaladığı bircə sənədin belə arxasında axıracan dayanmayıb"- Kərim Kərimli
13.09.2022 10:43
Bölmə:Gündəm 221 dəfə oxunub

“Biz müharibəyə nifrət edirik, ancaq Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmalıdır, işğalçılar ölkəmizin bütün ərazisini son nöqtəyə qədər tam azad edib, çıxıb cəhənnəm olmalıdırlar”.

Versiya.az xəbər verir ki, bunu tanınmış yazıçı Kərim Kərimli Ermənistan Azərbaycan sərhəddində baş verən erməni təxribatına münasibət bildirərərkən deyib. O, qeyd edib ki, biz sülh tərəfdarıyıq, sülh istəyirik, ancaq sülh hərtərəfli olmalı, bütün şərtləri əhatə etməlidir: “Yoxsa, misal üçün, biz onlara bəşəriyyət tarixi boyunca dünyanın heç bir yerində heç bir erməninin görmədiyi, milyonlar xərcləmədən nail olmadığı şərait yaradaq, onlara qısa müddətdə dünya standartlarına uyğun yol çəkək, onlar isə deyələr ki, “10 noyabr Bəyannaməsində “Zəngəzur dəhlizi” haqda heç nə yoxdur”, bu böyük yaramazlıqdır və sülhə ən böyük zərbədir”.

Kərim Kərimli bildirib ki, Ermənistanla ən yaxın qonşularımızdan biri kimi dinc, sülh şəraitində yaşamaq, qonşuluq-əməkdaşlıq etmək istəyirik, buna görə də daim bütün razılaşmalara əməl etmişik və edirik: “Ermənistan isə son 34 il 7 ay ərzində yalnız yalan danışıb, yalan vədlər verib və dediyinin birinə də əməl etməyib, imzaladığı bircə sənədin belə arxasında axıracan dayanmayıb. Ona görə də mütəmadi olaraq bu cür qanlı hadisələr baş verir. Bütün məsuliyyət yalançı, terrorçu, işğalçı Ermənistanın üzərindədir. Azərbaycan əsgəri də məhz bu məsuliyyətin başa düşülməsini tələb edir. Azərbaycan əsgəri ədaləti tələb edir. Azərbaycan əsgəri sülh istəyir”. 

reklam