Tarix: 06-02-2025 17:47 | Bölmə: Qarabağ / - / Manşet | Baxış: 37
Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizə köç prosesi sürətlə davam edir. Xocalıya da köç prosesi ötən ilin mayında başlayıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, qarşıdakı müddətdə Xocalının bir sıra kəndlərinə köç nəzərdə tutulur:
Elman Məmmədov söyləyib ki, sakinlərin köç mərasimlərində iştirak edir:
“Sakinlərin köçündə, əlbəttə, iştirak edirik. Məsələ buarasındadır ki, hər bir tədbirlə, hər bir proseslə müvafiq qurumlar məşğul olur. "Qaçqınkom", cənab Prezidentimizin Xankəndi, Xocalı, Ağdərə rayonları üzrə səlahiyyətli nümayəndəsi İlkin Yusubov öz əməkdaşları ilə birlikdə iştirak edir. Eyni zamanda Xocalı icra hakimiyyətinin əməkdaşlarından iştirak edirlər. 26 fevral zamanı vəziyyətlə əlaqədar olaraq, müəyyən hələ bizim bilmədiyimiz tədbir nəzərdə tutularsa,əlbəttə, böyük sevinclə iştirak etməliyik və edəcəyik də”.