Xocavənddə fəaliyyət göstərən sahibkar yüksək icarə haqlarından narazıdır

Tarix: 06-05-2025 17:53 | Bölmə: Qarabağ / - | Baxış: 65

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar çətinliklərlə üzləşirlər.

Versiya.az xəbər verir ki, bu barədə Xocavənd rayonunda fəaliyyət göstərən fərdi sahibkar İbişov Mirmehdi Şakir oğlu ölkə rəhbərliyinə müraciət edərək, yüksək icarə haqlarının kiçik təsərrüfatları iflasa apardığını bildirib.

Sahibkarın sözlərinə görə, mart ayından etibarən Xocavənd rayonu ərazisində 700 kvadratmetrlik bir tövləni icarəyə götürüb. Lakin kvadrat metri üçün aylıq 1 manat müəyyən edilməsi nəticəsində yalnız icarəyə görə hər ay 700 manat ödəməli olur. Digər xərclərlə birlikdə ümumi aylıq xərc 2000 manata çatır: "Biz Qarabağı dirçəltmək, didərgin düşmüş insanlarımızla birlikdə doğma yurd yerlərimizə həyat gətirmək istəyirik. Ancaq bu qiymətlərlə biz müflis olmağa məhkum oluruq", – deyə sahibkar bildirib.

Mirmehdi İbişov işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştlərin tətbiq olunmasını və icarə haqlarına yenidən baxılmasını xahiş edib.


Xəbəri paylaş