Elçibəyin qohumu oğurluğun detallarını açıqladı: Bəyin maşınına da zərər dəyib

Tarix: 11-12-2024 11:02 | Bölmə: Kriminal / - | Baxış: 22

Elçibəyin qohumu oğurluğun detallarını açıqladı: Bəyin maşınına da zərər dəyib

Xəbər verildiyi kimi, mərhum eks-prezident Əbülfəz Elçibəyin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən evi qarət olunub.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. 

Modern.az saytı hadisə ilə bağlı yeni məlumatlat əldə edib. Məlum olub ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Əməkdaşımız hadisənin təfərrüatlarını öyrənmək üçün mərhum eks-prezidentin yaxın qohumu Çingiz Özgürlə danışıb.

Çingiz Özgür hadisənin təxminən 2 ay öncə baş verdiyini deyib:

"Oğurluq hadisəsi təqribən 2 ay əvvəl baş verib. Oğrunu dərhal tutublar. Azərbaycan polisi çox ciddi işləyib. Bir  neçə saat sonra oğru saxlanılıb. Oğurluq zamanı həmin evdə yaşayış olmayıb. Oğurlanan əşyaları qiymətləndirmək dövlətin, ekspertlərin işidir. Oradakı əşyaların çox böyük mənəvi dəyəri var. Qarət zamanı oğru ona lazım olan, sata biləcəyi şeyləri götürüb. Evə çox zərər dəyib. Hətta rəhmətlik Bəyin maşınına da zərər vurulub".

Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.


Xəbəri paylaş
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi
11:53 20-12-2024
Şəhid anası vəfat etdi