Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
Alişanla ailəsi avtomobil qəzasına düşdü - Fotolar
24.06.2020 16:35
Bölmə:Fotosessiya 29 dəfə oxunub

Türkiyəli müğənni Alişan ailə üzvləri ilə birlikdə Manisada avtomobil qəzasına düşüb.

Versiya.az “Hürriyet”ə istinadən xəbər verir ki, həyat yoldaşı Buse Varol, 2 yaşlı oğlu Burak Tektaş və dayə ilə İstanbuldan İzmirə gedən ifaçının avtomobilinin təkəri çıxıb. Nəticədə bir neçə dəfə aşan maşın 30 metr sürüklənib.

 

Qəzada Alişanla ailəsi xəsarət almasa da, xarici vətəndaş olan dayə yaralanıb. O, dövlət xəstəxanasına yerləşdirilib, həyati təhlükəsinin olmadığı bildirilir. /Qafqazinfo