Kanada Ukraynanın Avropa İttaqına üzv olmasına kömək edəcək

Tarix: 13-12-2023 12:28 | Bölmə: Manşet / - / Xəbər / Siyasət / Kriminal / Cəmiyyət / Dünya / Şou / İdman / Qarabağ / Mədəniyyət / Ədəbiyyat / Fotosöhbət / Hadisə / Günün hekayəsi / Yazarlar | Baxış: 1 697

 

“Kanada Ukraynaya Avropa İttifaqına üzv olmaq yolunda fəal dəstək göstərəcək və beynəlxalq tərəfdaşları da oxşar şəkildə yardım göstərməyə təşviq edəcək”.

Bu sözləri Kanada xarici işlər naziri Melani Coli deyib.

Melani Coli Kremlin Ukraynaya qanunsuz soxulma qərarını strateji səhv adlandırıb. Çünki onun fikrincə, bu yolla Rusiya diplomatik, siyasi, iqtisadi və hərbi cəhətdən özünü dünyadan təcrid edib. Diplomat əmindir ki, Rusiya üzərində bu üstünlüyün saxlanması vacibdir.

Melani Coli, həmçinin qeyd edib ki, Kanada Avropa İttifaqına (Aİ) üzvlük yolunda Ukraynanı dəstəkləyəcək.

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Co Bayden Administrasiyasını və Aİ-ni ona köməyi davam etməyə, həmçinin Ukraynanı Aİ-yə qəbul etməyə məcbur edəcəyik, çünki bu onun gələcəyi üçün çox vacibdir”, - deyə Kanada xarici işlər naziri vurğulayıb.

Coli NATO-ya üzv olan bütün dövlətlərin Ukraynaya davamlı dəstəyinin vacibliyini nəzərə çatdırıb.

Mənbə: RBC-Ukrayna


Xəbəri paylaş