Traktor aşdı, sürücü öldü

Tarix: 13-06-2025 10:33 | Bölmə: Hadisə / - | Baxış: 13

traktor-asdi-surucu-oldu

Yardımlıda yol-nəqliyyat hadisəsi baş verib. 

Versiya.az xəbər verir ki, hadisə ötən gün rayonun Urakəran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb.

Nəticədə Y.Qəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş