Lənkəranda itkin düşən kişinin meyiti tapıldı

Tarix: 05-06-2025 10:29 | Bölmə: Hadisə / - | Baxış: 36

Lənkəranda itkin düşən kişinin meyiti TAPILDI

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

Versiya.az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.


Xəbəri paylaş