Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı

Tarix: 26-05-2025 11:53 | Bölmə: Hadisə / - | Baxış: 52

bakida-10-cu-mertebeden-yixilan-qiz-sag-qaldi

Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Versiya.az-ın məlumatına görə, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi 24 “B”də yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta-ağırdır.


Xəbəri paylaş