Bakıda 58 yaşlı kişi faciəli şəkildə öldü

Tarix: 26-05-2025 12:13 | Bölmə: Hadisə | Baxış: 26

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Versiya.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş