İsrail İranın Ərak şəhərini vurdu

Tarix: 19-06-2025 11:54 | Bölmə: Dünya / - | Baxış: 13

İsrail İranın Ərak şəhərini vurdu

İsrail ordusu İranda onlarla hədəfə zərbə endirib.

Versiya.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

Məlumata görə, zərbə endirilən hədəflə arasında Ərak şəhəri yaxınlığında yerləşən nüvə kompleksi də olub.

Kompleksin işlək olmadığı qeyd olunur.

Bildirilir ki, Natanzda daha bir nüvə obyekti vurulub.

İranın Atom Enerjisi Təşkilatı İsrailin nüvə obyektlərinə hücumlarını təsdiqləyib. Təşkilatın məlumatına görə, Ərak obyektində tədqiqat reaktoru və nüvə reaktorları üçün ağır su istehsal edən zavod vurulub.


Xəbəri paylaş