Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı

Tarix: 13-06-2025 10:31 | Bölmə: İqtisadiyyat / - | Baxış: 17

Azərbaycan neftinin qiyməti kəskin ARTDI

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dollar artıb.

Versiya.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,77 % artaraq 73,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Xəbəri paylaş